3 May 2017 22:52
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama və Fələstin lideri Mahmud Abbas bu gün Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çıxışında bildirib ki, İsrail və Fələstin sülh naminə birgə çalışır və sonda iki ölkə arasında sülhün əldə ediləcətinə ümid bəsləyir.

Donald Tramp İsraillə Fələstin arasında sülh danışıqlarının başlandığını bəyan edib: “İsrailin baş naziri Benyamin Netanyahu başda olmaqla bir sıra nüfuzlu İsrail nümayəndələri, həmçinin Fələstin liderləri ilə danışıqlar aparmışıq. Biz sülhə gətirəcək prosesə start veririk. Ümid edirəm ki, bu proses uğurla nəticələnəcək”.

Fələstinin dövlət başçısı Mahmud Abbas isə qeyd edib ki, İsrailin işğala son qoymasının vaxtı çatıb: "Biz iki dövlətli həll təməlində sülh istəyirik".

Ruslan


Müəllif:

Oxşar xəbərlər