20 İyul 2014 13:39
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmas” hərəkatı İsrail ordusunun 14 əsgərinin öldürüldüyünü bəyan edib.

“Həmas” bu gün səhər saatlarında İsrail hərbçilərini Qəzzanın şərqində pusquya düşürüb.

Mücahidlərimiz bu gün səhər Qəzzanın şərqində ət-Tuffah məhəlləsində irəliləyən İsrail əsgərləri minalanmış əraziyə daxil olub olub. Nəticədə 14 İsrail əsgəri ölüb”, deyə “Həmas”ın açıqlamasında bildirilir.

İsrail ordusunun isə bəyanatında bildirilir ki, bu gün axşam Qəzzada "Sarsılmaz qaya" əməliyyatının quru fazası genişləndiriləcək, əlavə qüvvələrdən istifadə olunacaq

Qeyd edək ki, Qəzzada hərbi əməliyyatların davam etdiyi 12 gün ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə yaralanıb./anspress/


Müəllif:

Oxşar xəbərlər