Teleqtaf.com "ABC News"a istinadən xəbər verir ki, iyulun 22-də polis zabiti Bennett Consa mağazadan oğurluq edilməsi barədə telefonla məlumat verilib.
O, hadisə yerinə gedib. 20 yaşlı qadın körpəsi üçün iki ədəd bez oğurladığı üçün mağaza rəhbərliyi tərəfindən saxlanılaraq polisə təhvil verilib.
Qadın polisə bildirib ki, olan-qalan pulunu ətə verdiyindən uşaq bezi üçün vəsaiti qalmayıb.
Ananın sözlərindən təsirlənən polis zabiti bezin pulunu ödəyib. O, bununla kifayətlənməyib. Bennett Cons qadının sosial yardımla təmin olunması üçün əlindən gələni əsirgəməyib.
Zabit mətbuata açıqlamasında "qanun ədalətin tətbiq edilməsindən daha çox, köməksiz vəziyyətdə olan insana yardım edilməsi üçündür", deyə bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Kanadada da oxşar hadisə baş vermişdi. Kanadanın Toronto şəhərində polis 18 yaşlı gənci oğurluq edən zaman yaxalamışdı. Gənc mağazadan köynək, qalstuk və corab oğurlayıb. Gənc polisə ifadəsində bildirib ki, işə düzəlmək üçün rəsmi görüşə dəvət alıb və yaxşı görünmək üçün təzə geyimə ehtiyacı olub.
Polis gəncin arzusunu yerinə yetirib. Onun oğurladığı paltarların pulunu öz cibindən kassaya ödəyib və gənci sərbəst buraxıb.