Ermənistan Prezidenti Serj Sərkisyan Ara Nazaryanın nazir müavini vəzifəsindən azad olunması barədə sərəncam verib.
Teleqraf.com armenpress-ə istinadla xəbər verir ki, postundan kənarlaşdırılan Nazaryanın yerinə təyinat olmayıb. Onun postunu itirmə səbəbi də açıqlanmır.
Qeyd edək ki, 1994-cü ildə Müdafiə Nazirliyində işə başlayan Ara Nazaryan 2007-ci ilin iyunundan nazir müavini vəzifəsində çalışıb.