29 İyul 2014 11:13
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada ötən gün hərbi əməliyyatlar davam edib. Gələn xəbərlərə görə İsrail hərbi əməliyyatları genişləndirməklə bağlı qərar qəbul edib.

Bu haqda danışan Baş nazir Netanyahu qeyd edib ki, Fələstindəki silahlı qruplaşmalar məhv edilənədək yerüstü əməliyyatlar davam edəcək.

O, xüsusən də yeraltı tunellərin partladılması ilə bağlı tapşırıq verib. BTM -nin son sutkada iki dəfə atəşkəs çağrışı etməsi də nəticəsiz qalıb.

Son xəbərlərə görə, təkcə dünən 300 nəfər yaralanıb və 80 nəfərdən artıq mülki şəxs öldürülüb.

publika.az


Müəllif:

Oxşar xəbərlər