31 İyul 2018 12:20
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bir çox məsələlərdə yaxın və önəmli partnyordur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya hökuməti sözçüsünün köməkçisi Ulrike Demmer deyib.

Türkiyə prezidenti Ərdoğanın Berlin səfəri zamanı Kansler Merkellə görüşüb-görüşməyəcəyinə gəldikdə Demmer xatırladıb ki, kanslerin proqramı görüşlərin baş tutacağı tarixdən bir həftə əvvəl açıqlanır.

Türkiyənin bir çox mövzularda yaxın və önəmli müttəfiq olduğunu deyən Demmer Türkiyə ilə görüşlər keçirməyə isti yanaşdıqlarını ifadə edib.

Almaniya mediasında yer alan xəbərlərə görə, bu ölkənin prezidenti Frank-Valter Steinmeier Türkiyə prezidenti Ərdoğanı Almaniyaya rəsmi səfərə dəvət edib.

İlkin məlumata görə, Ərdoğan sentyabrda Berlinə səfər edəcək.

Qeyd edək ki, son illər Türkiyə-Almaniya münasibətlərində gərginlik yaşanır.


Müəllif: Cavad

Oxşar xəbərlər