ABŞ dollarının məzənnəsi Türkiyənin milli valyutası – lirəyə nisbətdə görünməmiş həddə yüksəldi.
Teleqraf.com xəbər verir ki, hazırda birjalarda Türkiyə lirəsi / ABŞ dolları nisbəti 7,21-ə bərabərdir.
Xatırladaq ki, cümə günü birjalar 6,4 səviyyəsində qapanmış və ekspertlərin əksəriyyəti yeni həftənin başlanğıcında Türlkiyə lirəsinin məzənnəsinin daha da enəcəyini bildirmişdilər.