Britaniyalı milyoner Nadim Ednan-Laperuzun qızı Nataşa London-Nitsa reysini həyata keçirən təyyarənin göyərtəsində allergiyanın baş qaldırması səbəbindan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Məlumata görə, Nataşada allergiya sendviç yedikdən sonra yaranıb. “British Airways” aviaşirkətinin təyyarəsinə əyləşməzdən əvvəl o, bilmədən allergen tərkibli zeytunlu sendviç alıb. Elə təyyarədəcə onda güclü allergiya yaranıb. Allergiya əleyhinə 3 dozada dərman verilməsinə baxmayaraq, 15 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ürəyi dayanıb.
Qeyd edək ki, Nadim Ednan-Laperuz oyuncaq istehsal edən “Wow Toys” şirkətinin təsisçisidir. O, allergen tərkibli məhsulların nişanlanması qaydalarını sərtləşdirmək ümidilə məhkəməyə müraciət etmək niyyətində olduğunu bəyan edib.