Türkiyədə din xadimi kimi tanınan Adnan Oktarın cinayət işinə görə nəzarətdə olan 15 nəfər barəsində məhkəmə qərarı çıxıb.
Teleqraf.com xəbər verir ki, içərisində Adnan Oktarın qardaşı Kənan Oktarın da olduğu 8 nəfər sərbəst buraxılıb, 7 nəfər barəsində isə həbs qərarı verilib.
Qeyd edək ki, Kənan Oktar İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Adnan Oktar cinayətkar qrupunun üzvü olmaqda şübhəli bilinən 17 nəfərlə birlikdə saxlanmışdı.