15 Fevral 2019 07:05
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il “Google” öz axtarış sisteminin “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda başlanğıc ayar kimi istifadəsinə görə “Apple” şirkətinə təxminən 9,5 milyard dollar ödəniş edib. Bu, “Apple”ın bütün xidmət gəlirinin 20 faizi deməkdir.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl “Android” sistemində “Java” proqramlaşdırma kodundan istifadəyə görə “Oracle” şirkəti ilə təhqiqat çərçivəsində məhkəmə sənədlərindən 2014-cü ildə “Google” şirkətinin “Apple Safari” brauzerinin mobil versiyasında axtarış sisteminin başlanğıc ayar kimi istifadəsinə görə 1 milyard dollar ödəniş etdiyi məlum olub. 2017-ci ildə “Bernstein”in analitiki Toni Sakkonaqi bu məbləğin 3 milyard dollar olması haqqında məlumat verib.


Müəllif: Teleqraf.com