Donetskdə keçirilən son əməliyyatlar zamanı 680 ukraynalı hərbiçi əsir götürülüb.
Teleqraf.com-un avropa.info-ya istinadən verdiyi xəbərə görə, bunu hərbi əsirlərin dəyişdirilməsi komitəsinin rəhbəri ehtiyatda olan general polkovnik Vladimir Ruban deyib. Rubanın sözlərinə görə, əsirlərin çoxu İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə rusların əlinə keçib.
V.Ruba deyib ki, hazırda əsirlərin qidalanma ilə ciddi problemi mövcuddur. Ukrayna hökuməti onların normal yeməklə təmin olunması üçün qatarla əsrlərə humanitar yardım göndərməyi planlaşdırır.