2 Aprel 2019 12:39
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi partiyalar Türkiyədə keçiriləcək bələdiyyə seçilərinə hazırlıqlara başlayan kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə sədrliyinə namizəd kimi Əkrəm İmamoğlunun adını göstərməsi qəribə qarşılandı. Həmin vaxta qədər adı siyasi və ictimai çevrələrə o qədər də bəlli olmayan İmamoğlunun gözlənilməz yüksəlişi geniş müzakirələrə yol açdı.

Bu, İstanbul üçün CHP ilə yarışa girmiş hakim Ədalət və İnkişaf Partiyasını (AKP) da bir qədər sakitləşdirdi. Bu vaxt İmamoğlu AKP-nin İstanbul namizədi, keçmiş Baş nazir Binəli Yıldırıma görə “dişə çəkiləsi rəqib” idi. Amma gözlənilən baş vermədi.

İmamoğlu kimdir?

Klassik CHP-çi profilindən uzaq olan Əkrəm İmamoğlu hər il noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə mövlud oxudan biridir. Əslən trabzonludur. 1970-ci ildə Akçabat bölgəsində yerləşən Cevizli kəndində doğulub.

Əkrəm İmamoğlunun ailəsi Cevizli kəndində dolanışıq üçün tütün yetişdiriridi. Alt mərtəbəsi inək axuru olan yoxsul bir kəndli evində böyüyən İmamoğlunun özündən 9 yaş böyük bacısı var.

İstanbul Universitetinin ingilis dili fakültəsinin məzunu olan Əkrəm İmamoğlu karyerasına 1990-cı illərdə tikinti sektorundan başlayıb. Həmin illərdə ailə şirkətini də qurmağı bacaran Əkrəm İmamoğlu bir müddət “Trabzonspor” futbol klubunun rəhbərliyində də yer alıb.

Siyasətlə tanışlıq

Mühafizəkar ailədə doğulan İstanbulun yeni başçısının atası Ana Vətən Partiyasının (ANAP) Trabzon şöbəsinin qurucları arasında yer alır. Əkrəm İmamoğlunun siyasətlə tanışlığı da bu partiyadan başlayıb. Lakin tələbəlik illərində sosial-demokrat dəyərləri mənimsədiyini bildirən İmamoğlu aktiv siyasətə 2008-ci ildə CHP ilə qoşulub. Həmin il partiyaya üzv olub. 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 1991-ci ildən bu günədək yaşadığı Beylikdüzü bələdiyyə sədrliyinə namizədin namizədi olub.

2009-cu ildə isə CHP-nin Beylikdüzü şöbəsinin sədri seçilib. 2014-cü ildəki seçkilərdə CHP-nin Beylikdüzü bələdiyə sədrliyinə namizəd olub. 50.83 faiz səslə Beylikdüzü bələdiyyə sədri seçilib.

Habelə futbol azakeşi olan İmamoğlu orta məktəb illərində həvəskar formada futbol da oynayıb. İmamoğlu Kiprdə magistr illərində birinci liqada oynayan “Türk Ocağı Limasol” futbol klubunda qapıçı kimi forma da geyinib.

Türk siyasətinin “yeni ulduzu”

Siyasət karyerası uzaq olmayan İmamoğlu 31 mart seçkiləri kampaniyasında etdiyi maraqlı çıxışlarla qısa vaxtda ətrafında böyük elektorat toplamağı bacardı. Beləliklə, dünyanın ən gözəl şəhərlərindən biri sayılan İstanbulun bələdiyyə sədri kürsüsünə əyləşməyi də bacardı.

Xarici KİV-lər öz xəbərlərində İmamoğlunu “Türk siyasətinin yüksələn yeni ulduzu” adlandırır.

İmamoğlu təxminən 3 aylıq seçki kampaniyası dönəmində Beylikdüzündən çıxaraq bütün Türkiyənin tanıdığı simaya çevrildi. Kürdlərin mühafizəkar Xalqların Demokrat Partiyası (HDP) seçicilərindən də səs almağı bacaran İmamoğlu məsciddə Yeni Zelandiyada baş vermiş terror aktının qurbanlarına “Yasin” oxuyaraq, AKP-nin dindar çevrəsinin də rəğbətini qazandı.

Beləliklə, geniş xalq kütləsinə xitab etməyi bacaran Əkrəm İmamoğlu marafonda “İstanbulun sultanı taxtı”na hamıdan birinci çatmağı bacardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər