29 Aprel 2019 16:36
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT bölgəsində kifayət qədər regional münaqişə var və bunların heç birinə göz yummamlıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub:

“Həll edilməsi vacib olan kifayət qədər münaqişə var. Dağlıq Qarabağ və Denstryanı münaqişələr bura daxildir. Bunlar vacib məsələlərdir.

Bəlkə də tez-tez bu məsələlərə zəif reaksiya verdiyi üçün tənqid edirəm, amma ATƏT bu münaqişələri həll etməlidir. Bu, ilk növbədə Avropa qitəsinin təhlükəsizliyi ilə məşğul olan bir təşkilatdır və buna görə də, bu məsələlərə göz yummamalıdır.”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər