18 İyun 2019 13:50
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Almaniyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ulrike Demmer bildirib.

O qeyd edib ki, səfər zamanı Ukrayna зrezidenti ilə Almaniya federal kanslerinin görüşü planlaşdırılıb.

“Prezident Vladimir Zelenski və federal kansler Angela Merkel ikitərəfli əlaqələrin vəziyyətini, Minsk razılaşmasının icrasını və Ukraynada islahatlar məsələsini müzakirə edəcəklər”, – deyə o bildirib.


Müəllif: Səxavət