11 İyul 2019 18:00
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

TV8-in rəhbəri Acun Ilıcalının ötən gün türkiyəli biznesmenlə fotoları yayılan məşhur maneken Adriana Lima barədə söylədiyi fikirlər maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Lima ilə yaxın dostluq münasibətləri olan Acun Ilıcalı türk yazar Mətin Haradan sonra iş adamı Əmir Uyarla eşq yaşamasını özü ilə əlaqələndirib.

Adriana Limanı illər əvvəl “Var mısın, Yok musun?” verilişinə dəvət edən teleaparıcı manekenin çox mehriban insan olduğunu deyib: “Adriana çox yaxşı insandır. Türk kişilərini sevməsinin səbəbi mənəm. Çox sevinirəm. Təsir etdiyimi düşünürəm”.


Müəllif: Leyla