15 İyul 2019 11:07
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Arıs şəhərindəki sursat anbarında baş vermiş partlayışla əlaqədar ölkənin müdafiə naziri Nurlan Yermekbayevə şiddətli töhmət elan edib.

Bu barədə "Kazinform" xəbər verir.

Qazaxıstan hökumətinin geniştərkibli iclasında dövlət başçısı başverənlərə görə günahkar olanlarının hamısının cəzalandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 24-də səhər saatlarında Arısda yerləşən hərbi hissənin sursat anbarında yanğın olub və bu, partlayışlara səbəb olub. İki hərbçi olmaqla, üç nəfər ölüb./report/


Müəllif: Teleqraf.com