Türkiyənin Kayseri vilayətinin Yəhyalı kəndində başına qaya parçası düşən uşaq ağır yaralanıb.
Teleqraf.com xəbər verir ki, Kapuzbaşı şelalələrinin yerləşdiyi dağlıq ərazidə güclü yağış səbəbindən qaya parçaları qoparaq yola düşüb.
Bu zaman həmin ərazidə gəzən14 yaşlı Halil Ö. yoldan geçərkən başına qaya parçası düşüb və o, ağır yaralanıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib.
Həmin bölgədə qaya parçalarının bir avtomobil və motoskletə də zərər verdiyi bildirilir.