19 Avqust 2019 15:04
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkelin 23 il əvvəl aldığı libası təkrar geyinməsi maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazıb.

Merkelin yapon üslubunda olan firuzəyi, qara və çəhrayı tonlarda olan əlbisəni ilk dəfə 2002-ci ildə Bayroyt şəhərində Rixard Vaqner musiqi festivalında geyindiyi məlum olub.

Kansler bundan başqa bu geyimdə 2008 və 2017-ci illərdə ictimaiyyətin qarşısına çıxıb.

Sosial media istifadəçiləri Merkeli sadəliyinə görə təqdir ediblər.


Müəllif: Nərgiz