25 Sentyabr 2019 10:41
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin iyulun 12-də Türkiyə parlamentinin keçmiş sədri İsmayıl Kahramana təqdim olunan Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd hesabatı yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə parlament sədrinin müavini Sürəyya Sadi Bilgiç açıqlama verib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sorğusuna cavab verən Bilgiç parlamentə FETÖ hesabatının təqdim olunmadığını bildirib:

“15 İyul Çevriliş Təşəbbüsü Araşdırma Komissiyasının hesabatı davam etmədiyindən çap oluna və yayıla bilməzdi. Komissiya tərəfindən Rəyasət Heyətinə təqdim olunmuş hesabat yoxdur”.

Parlamentin rəsmi internet səhifəsində isə hesabatın iki il əvvəl dönəmin spikeri İsmayıl Kahramana təqdim olunması haqda xəbər yer alır.

CHP-dən verilən açıqlamada hökumət etinasızlıqda ittiham olunub:

“Bundan əvvəlki parlament sədrinə birbaşa əldən təslim olunan hesabatın aidiyyəti instasiyaya təqdim edilmədiyini söyləmək qəribədir. O hesabatın harada olduğuna dair açıqlama verilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər