İngiltərədə seçki kampaniyası ərəfəsində baş nazir Boris Consonun kabinetinin üzvlərindən olan nazir Alun Cairns istefa verib.
Teleqraf.com xəbər verir ki, Cairns köməkçisinin törətdiyi təcavüz aktına dair sənədləri ört-basdır etməkdə ittiham olunur.
İngiltərə hökuməti parlamenti Brexitlə bağlı anlaşma əldə edilməməsi səbəbindən erkən seçkilərə getməyə çağırıb. Ana müxalifətdəki Sosialist Partiyasının dəstəyilə seçkilərin dekabrın 12-də keçirilməsi qərara alınıb.