18 Noyabr 2019 13:39
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın təhlükəsizlik orqanları bir neçə güney azərbaycanlı milli-mədəni fəalın evinə basqın edərək onları saxlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Güney Azərbaycanın Təbriz şəhərində baş verib.

Saxlanılan fəalların naməlum istiqamətə aparıldığı bildirilir.

Hələlik saxlanılan fəallardan yalnız Davud Şiri, Əyyub Şiri, Ruzbeh Piri və Yaşar Pirinin kimliyi müəyyən edilib.

Məlumata görə, fəalların evində axtarış aparılıb, onların mobil telefonu, kompüter və digər şəxsi əşyaları təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən götürülüb.

Fəalların İranda benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə saxlanıldığı ehtimal olunur.

Son 3 gün ərzində keçirilən aksiyalarda Güney Azərbaycanın şəhərlərində onlarla etirazçı saxlanılıb. Lakin hökumət tərəfindən internet kəsilməsinə görə saxlanılan azərbaycanlı fəalların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan hələlik 4-nün adı müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Fəraz Novruzi (Təbriz), Tövhid Xadimi (Qoşaçay) və Əhməd Abedi (Qoşaçay).


Müəllif: Mənsur Rəğbətoğlu