23 Sentyabr 2014 09:55
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şərqindəki Besancon şəhəri yaxınlığındakı Pontarlier qəsəbəsindəki bir məscid önünə donuz balasının leşi atılıb.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, məscid işçisinin şikayəti əsasında hadisə yerinə gələn təhlükəsizlik qüvvələri leşi məscid qabağından qaldırıb və sözügedən irqçi hücumla bağlı istintaqa başlayıb.

Fransa İslam Əleyhinə Hücumları Araşdırma təşkilatının sədri Abdallah Zekri verdiyi açıqlamaqda sözügedən hücumu İraq və Suriyada qarşıdurmaların davam etdiyi bir dövrdə müsəlmanlara qarşı bir təxribat kimi dəyərləndirərək, bunu sərt şəkildə pisləyib.

Digər icmalarla sülh içində yaşamaq istədiklərini deyən Zekri bəzi xarici qüvvələri və irqçiləri cəmiyyətlər arasında nifrəti qızışdırmaq istədiyi qeyd edib.

Xatırladaq ki, Avropada müsəlmanların ən çox məskunlaşdığı ölkə olan Fransada Şimali Afrika mənşəli təxminən 4 milyon müsəlman yaşayır.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: