Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG silahlılarından ibarət qrupu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.
Qeyd edilir ki, terrorçular Tal-Rıfat rayonundan Türkiyə hərbçilərinə hücum əməliyyatı hazırlayırmış.
"Fərat Qalxanı" əməliyyatı zonasında yerləşən türk hərbçilərinə Tal-Rıfat rayonundan hücum hazırlayan PKK/YPG-nin 13 terrorçusu zərərsizləşdirilib”, - deyə xəbərdə bildirilir.