Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz əs Sərrac qiyamçı Haftar ordusunu dəstəkləyən ölkələrə sərt mesaj göndərib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin də dəstək verdiyi milli hökumət 3 yaşayış məntəqəsini Haftarın ordusundan azad edib.
Qələbənin ardından açıqlama verən Sərrac qeyd edib ki, qiyamçılara dəstək verən ölkələrin yaraqlılarını məhv edib sənədləri ilə birlikdə tabutlarını vətənlərinə göndərəcəklər.
Baş nazir heç bir ölkənin adını çəkmədən Liviyanın daxili işinə qarışan kənar qüvvələrin qiyamçılara verdikləri silah-sursatları ələ keçirdiklərini bəyan edib.