24 May 2020 10:16
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Diyarbəkirdə PKK ilə əlaqədar aparılan araşdırma çərçivəsində bir sıra siyasətçilər də həbs edilib.

Teleqraf.com xəbər verir ki, Demokratik Bölgələr Partiyasının (DBP) həmsədrləri Mehmet Arslan və Gülcahan Şimşək həbs edilib.

Eyni zamanda Xalqların Demokratik Partiyasından aralarında Ayla Akat Ata da olmagla 18 nəfər ədliyyə qarşısına çıxarılıb.

Məhkəmə qarşısına çıxarılan Arslan və Şimşəklə birlikdə 12 şübhəli silahlı terror şəbəkəsinə üzv olmaq ittihamı ilə həbs edilib. Ata və digər 5 şübhəli isə nəzarət altında olmaq şərti ilə azadlığa buraxılıb.


Müəllif: Cavad