5 Sentyabr 2020 18:00
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci ordusunun keçmiş komandiri general Anatoli Xrulev Gürcüstanın Cənubi Osetiyadakı Rusiya hərbi bazası üzərində bayraq asacağı vədinə cavab verib.

Teleqraf.com xəbər verir ki, general Gürcüstanın bu vədini yerinə yetirəcək gücünün olmadığını iddia edib.

“Nə 2008-ci ildə, nə də indi Gürcüstan ordusunun Cənubi Osetiyadakı rus hərbçilərinə müqavimət göstərmək üçün hərbi potensialı var... Bunlar populist açıqlamalardan başqa bir şey deyil”, - Xrulev bildirib.

Rus mediası Anatoli Xrulevi “2008-ci ildə Sxinvalı Gürcüstan ordusundan azad edən general” adlandırıb.

Sentyabrın 3-də Gürcüstan Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili ölkəsinin bayrağını işğal edilmiş Cənubi Osetiyada qaldıracağını deyib. O, oktyabrın 31-də keçiriləcək parlament seçkilərindən sonra hazırkı rusiyapərəst Gürcüstan hökumətinin hakimiyyətdən düşürüləciyi proqnozunu verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər