Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 847 seçki məntəqəsinin 3 838-də (99,77%) səslərin hesablanması prosesini yekunlaşdırıb.
Teleqraf.com xəbər verir ki, nəticələrə əsasən səslərin 48,16%-ni Gürcü Arzusu Partiyası, 27,12%-ni isə Vahid Milli Hərəkat Partiyası qazanıb.
Avropalı Gürcüstan Partiyası 3,78%, “Vətənpərvərlər Alyansı” 3,15%, “Aqmaşenebeli strategiyası” 3,15%, “Lelo” 3,16%, “Qirçi” 2,89%, “Vətəndaşlar – Eliko Elisaşvili” 1,33%, Leyboristlər partiyası isə 1% səs əldə edib.