İspaniyalı parlamentarilərdən və jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ispan deputat Con İnnarritu məlumat verib.
O, Qarabağda üç gün qaldıqdan sonra İrəvana qayıtdığını, bölgədə qızğın döyüşlərin getdiyini bildirib.
İşğal bölgəsindəki separatçı rejimə öz dəstəyini ifadə edən ispan parlamentari Qarabağda terrorçuların liderləri ilə görüşdüyünü diqqətə çatdırıb.
İnnarritu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərinin nə vaxt baş tutduğu barədə açıqlama verməyib.