Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib.
“Dekabrın 10-da keçiriləcək Avropa İttifaqının Liderlər Sammitində Türkiyə mövzusu müzakirə ediləcək, bununla bağlı razılaşdıq. O vaxta qədər təbii ki, hadisələrin inkişafına baxmalı və sonra qərar verməliyik, bu gün heç nə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, hazırda işlər istədiyimiz kimi getmir”, - Merkel bildirib.
Kansler Türkiyə ilə bağlı hansı məsələlərin müzakirə predmeti olacağını açıqlamasa da, sammitdə bu ölkənin Aralıq dənizin şərqi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fəaliyyətlərinə toxunulacağı ehtimal edilir.