15 Mart 2021 11:55
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovo Respublikası Qüdsdə (Yerusəlim) səfirlik açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kosovo xarici işlər və diaspor naziri Besnik Tahiri açıqlama verib.

Nazir səfirliyin artıq fəaliyyətə başladığını bildirib.

Onun sözlərinə görə, İsrailin Kosovonu tanıması önəmli amildir və bu səbəbdən də Qüdsdə səfirlik açmaq üçün ciddi səy göstəriblər: “İsrail dövləti tərəfindən tanınmaq və bu ölkə ilə münasibətlərimizi gücləndirmək önəmlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu