3 Noyabr 2014 13:35
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay adını dəyişib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Faiq Vahidi bildirib. Onun sözlərinə görə, Əhmədzay tayfasından olan prezident tayfa adından imtina edib və bu gündən Əşrəf Qəni vəsiqəsi ona təqdim edilib. Katib bununla bağlı məlumatın dövlət dəftərxanasına və hökumət qurumlarına göndərildiyini qeyd edib.

Qeyd edək ki, Əhmədzay Əfqanıstanda iri tayfalarının biridir. Bu tayfaya mənsub olan şəxslər adının sonunda mənsubiyyətini göstərir.

Samir


Müəllif: