Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsi, Silahlı Qüvvələr və könüllü birliklər Kiyevdə Rusiyanın taktiki qrupunun həmləsinin qarşısını alıblar.
Teleqraf.com xəər verir ki, döyüşlərdə 50-yə yaxın rus hərbçisi öldürülüb, bir sıra mühüm sənədlər ələ keçirilib.
Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, döyüşlərdə onlarla rus hərbçisi və texnikası məhv edilib
“Ukraynanın yeni qələbəsi! Onlarla işğalçı məhv edilib, düşmən texnikası, sənədlər ələ keçirilib. Ukrayna müdafiəçiləri rus işğalçıları üzərində növbəti qələbəsini qazanıblar”, - məlumatda deyilib.
Məlumatda vurğulanıb ki, ələ keçirilmiş sənədlər Rusiyanın Ukraynanın azad xalqına qarşı törətdiyi cinayətlərin böyük siyahısının daha bir sübutu olacaq.