21 May 2022 12:03
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqansk vilayətində gün ərzində 50-yə yaxın ev dağılıb.

Teleqraf.com xəbər verir ki, rus ordusunun Lisiçanski atəşə tutması nəticəsində mədəndə kömür bunkeri yanıb, ölən və yaralananlar var.

Luqansk vilayət hərbi administrasiyası məlumatı təsdiqləyib.

“Luqansk vilayətində gündə 50-yə yaxın ev dağılıb. Qorskaya və Popasnyanskaya icmalarına hava zərbələri endirilib”, - Luqansk hərbi administrasiyasının məlumat xülasəsində deyilir.

Lisiçanskda gündə 23, qonşu Privolyedə 16, Severodonetskdə 5 evə ziyan dəyib.

“Lisiçanskda mədəndə kömür bunkeri yanıb. Ölənlər və yaralılar var. Ətraflı məlumat dəqiqləşdirilir”, - Luqansk hərbi administrasiyası açıqlayıb.


Müəllif: Nemət