23 May 2022 15:45
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Avropa İttifaqının (Aİ) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT sədrliyinin rəsmi "Twitter" hesabında bildirilib.

Qeyd edilib ki, birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir.

"Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq”, - deyə məlumata əlavə olunub.


Müəllif: Teleqraf.com