14 Oktyabr 2022 10:31
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında PKK terror təşkilatına qarşı dron əməliyyatları davam edir.

Teleqraf.com xəbər verir ki, içində PKK/SDQ liderlərinin də olduğu avtomobilin Malikiyədə partladıldığı bildirilir.

Suriya İnsan Haqları Müşahidə Qrupu avtomobilin PUA tərəfindən hədəfə alındığını və iki nəfərin öldüyünü iddia edir.

İraq mediası avtomobildəki şəxslərin PKK/SDQ birləşmələrinin komandirləri İbrahim Mikayıl və Şibli Derek olduğunu yazır. Partlayışda hər iki şəxsin öldüyü deyilir.

SDQ liderlərindən biri olan Şibli Derekin Suriyadakı ABŞ hərbçiləri ilə yaxın əlaqələri olub. Terror təşkilatı ilə ABŞ arasında koordinasiya təmin edən Derekin amerikalı hərbçilərlə fotoları da var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər