10 Dekabr 2014 03:28
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fars körfəzi ölkələri Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gələrək, vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul ediblər.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, müvafiq müddəalar görüşün yekun sənədində əksini tapıb.

Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ daxildir.

“Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Şura ölkələri bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradır”, deyə Şuranın baş katibi Abdel Lətif əz Zəyyani yekun bəyanatı təqdim edərkən bildirib.

Bundan başqa, ərəb monarxiyaları birləşmiş silahlı qüvvələrinin tabe olacağı və baş qərargahının Ər Riyadda yerləşəcəyi vahid hərbi komandanlığın yaradılması təklifini dəstəkləyiblər. Bölgənin vahid polis qüvvələrinin mərkəzi aparatı isə Əbu Dabidə fəaliyyət göstərəcək.


Müəllif:

Oxşar xəbərlər