Qətərin kral ailəsi dünyanın ən zəngin ailələri sırasındadır. Xaricdəki aktivləri ilə yanaşı, ölkədəki sərvətləri ilə də seçilən ailə xüsusilə İngiltərənin paytaxtı Londonda önəmli daşınmaz əmlaka sahibdir.
Teleqraf.com xəbər verir ki, Qətər əmiri Təmim bin Həməd əl-Taninin ailəsi təsəvvür belə edilməyəcək sərvətə sahibdir.
Qətərin kral ailəsi ilə bağlı hesabatda ailənin hazırkı sərvətinin 335 milyard dollar olduğu bildirilir.
Kral ailəsinin üzvü olan Qətərin keçmiş əmirinin xanəmı Şeyxa Moza bint Nassir əl-Missnəd Londonda 80 milyon dollara malikanə alıb. Bundan sonra daha 2 mülk üçün 40 milyon dollar ödəyib.
Kral ailəsinin malikanəsi öz xüsusiyyətlərinə görə göz qamaşdırır. Məlumata görə, malikanədə 7 yataq otağı, 11 qonaq otağı, 9 hamam, gözəllik salonları, idman zalı və qapalı hovuz var.
Kral ailəsinin üzvləri avtomobillərə olan maraqları ilə tanınırlar. Məlumata görə, dünyada sürət rekordu qıran avtomobillər arasında yer alan ”Bugatti Chiron Super Sport 300” də kral ailəsinin qarajlarında dayanan avtomobillərdən sadəcə biridir.
Kral ailəsinin sərvəti yaxtalar və təyyarələrlə davam edir.