30 Noyabr 2022 12:40
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün futbol üzrə İran və ABŞ milliləri dünya çempionatı çərçivəsində üz-üzə gəliblər. Matçda İran məğlub olub, bundan sonra rejim müxalifləri sevinclərini nümayiş etdirmək üçün küçələrə axışıblar.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə Qətərdə keçirilən dünya çempionatında İranın ABŞ-a 1:0 hesablı məğlubiyyətindən sonra küçələrə axışan və sevincini gizlətməyən iranlıların görüntüləri yayılıb.

İnsanların öz milli komandalarının məğlubiyətinə sevinməsi paytaxt Tehran başda olmaqla, Rəşt, Ərdəbil, Urmiyə, Merivan, Dezful, Əhvaz, Zəncan, Mahabad, Saqqız və Kamyaran kimi bir çox şəhərlərdə baş verib.

Kadrlarda bayramı qeyd edən iranlıların şüarlar səsləndirdiyi, atəşfəşanlıq etdiyi və maşın karvanları təşkil etdiyi anlar var. Paytaxt Tehrandakı konfrans salonlarında, kinoteatrlarda və kafelərdə qarşılaşmanı izləyən tamaşaçılar hüznlə evlərinə dönərkən, mümkün qələbə bayramı üçün hazırlıqlar ləğv edilib.


Müəllif: Nemət