8 May 2023 16:48
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş səhiyyə naziri Kazım Dinç İYİ Partiyanın sədri Maral Akşənərin Doğru Yol Partiyasında (DYP) olarkən, FETÖ lideri Fəthullah Güləndən o vaxtkı baş nazir Tansu Çillərə məktub gətirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazir FETÖ liderinin məktubunu gətirən Akşənərin Çillərin qəbul etmədiyi zaman ağladığını deyib.

“Akşənər 1994-cü ildə DYP-dən bələdiyyə sədrliyinə namizəd olmuşdu, amma uduzmuşdu. O vaxtlar mənə “qardaşım” deyirdi. Nazirlər Kabinetindən çıxırdım, bu zaman yanıma gələrək Tansu xanımla görüşmək istədiyini, amma görüşə bilmədiyini söylədi. Tansu xanımın yanına getdim. Dedim ki, Kocaeli böyükşəhər bələdiyyə sədrliyinə namizəd Maral Akşənər sizinlə görüşmək istəyir. Mənə “O qadını buraxın, hörmətli Dinç” dedi. Aşağı düşüb dedim ki, Tansu xanım sizinlə görüşmək istəmir. Ağlamağa başladı.

Qoltuğunda mavi qovluq vardı. Dedim, qovluğu ver, “verə bilmərəm” dedi. Soruşdum ki, niyə verə bilmirsən, içində nə var? Cavab verdi ki, müəllimdən (Güləndən) məktub gətirmişəm”, - Kazım Dinç bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər