Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) doqquz günlük Qurban bayramı ilə əlaqədar vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, qurum Türkiyədə tətil etməyi planlaşdıran rusiyalı turistlərə bayram tətili səbəbiylə tez hərəkət etmələrini tövsiyə edib.
Assosiasiya xəbərdarlıq edib ki, Türkiyəyə getmək istəyən turistlər iyunun sonu və ya iyulun əvvəlində otellərdə rezervasiya etməyə tələssinlər.
Rusiyalı tur operatorları da bu dövrdə Türkiyəyə tur qiymətlərinin arta biləcəyini və otellərdə qalma imkanının aşağı olduğunu turistlərə çatdırıblar.
Qeyd edək ki, bu il Türkiyədə Qurban bayramı 28 iyun-1 iyul tarixləri arasında qeyd ediləcək.