İsrail ordusu Qəzzanı tamamilə mühasirəyə alacaq.
Teleqraf.com xəbər verir ki, İsrail müdafiə naziri Yoav Qallant belə bir əmr verib.
“Mən Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etmişəm. İşıq, yemək, yanacaq olmayacaq, hər şey bağlanıb”, - nazir bildirib.
Bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sakinlərini anklavı dərhal tərk etməyə çağırıb.