26 Oktyabr 2023 10:06
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya parlamenti ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanı hədəfə alaraq, Qəzzada HƏMAS-a qarşı vuruşan İsraili dəstəkləyən dövlətlərdən səfirlərini ölkədən çıxarmalarını tələb edir.

Teleqraf.com xəbər verir ki, parlament Qəzzaya hücum dayanmasa, enerji təchizatını kəsməklə hədələyir.

“Sionist varlığa (İsrail) cinayətlərində dəstək verən dövlətlərin səfirlərinin dərhal Liviya ərazisini tərk etmələrini tələb edirik. Düşmən sionistlərin törətdiyi qırğınlar dayanmasa, Liviya hökumətindən onu dəstəkləyən dövlətlərə neft-qaz ixracını dayandırmasını tələb edirik”, - parlamentin bəyanatında deyilir.

Parlament ABŞ, Britaniya, Fransa və İtaliya hökumətlərini İsrailə dəstəklərinə görə sərt formada qınayıb. Bəyanatda bildirilir ki, bu xalqlar Qəzza zolağında törətdiyi cinayətlərdə İsraili dəstəkləyir, liderləri isə insan haqları və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında nağıllar danışırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər