2 Dekabr 2023 15:01
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqsədimiz Qəzzada soyqırımı törədənlərin cəzalandırılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Sülh üçün fürsət vardı, təəssüf ki, İsrailin barışmaz yanaşması ilə bu fürsəti hələlik əldən vermişik. Ancaq bizdə “bundan sonra belə olacaq, sülh imkanları boşa gedəcək” yanaşması yoxdur, ümidimizi itirməyək. Ümid edirəm ki, çoxdan gözlədiyimiz daimi sülh fürsətini yenidən əldə edəcəyik. Sülhə nail olmaqdan əl çəkməyəcəyik. Dayanmaq yoxdur, davam edirik”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan həll yolunun müstəqil və suveren Fələstin dövlətinin tanınması olduğunu söyləyib:

“İkidövlətli həllə diqqət yetirsək, Qəzza məsələləri və qarşılıqlı təhdidlər də aradan qalxar. Bunu həll etməliyik. HƏMAS-ın təcrid edilməsi və məhv edilməsi real ssenari deyil”.

Türkiyə prezidenti “hərbi cinayət”də ittiham etdikləri İsrail Baş naziri Benyamin Netanyahu və digər ölkə rəsmilərini beynəlxalq məhkəməyə verdiklərini xatırladıb:

“Üç minə yaxın vəkil lazımi ərizə ilə Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsinə müraciət edib. Heyət arasında İstanbul millət vəkilimiz Cüneyt Yüksəl də var. Haaqadakı prosesi izləyəcəklər. Oradan gözləntimiz, başda Netanyahu olmaqla, cinayət başında tutulan bu soyqırımçıların, bu Qəzza qəssablarının lazımi cəzasını almalarıdır. Arzumuz odur ki, veriləcək qərarla ədalət gözləyənlər “indi oldu” desinlər. Bu işi ən yüksək səviyyədə izləyəcəyik.

Millət vəkilimiz Cüneyt Yüksəl Haaqadakı görüşlərinin uğurlu keçdiyini bildirdi. Gözləntimiz təqdim etdiyimiz sənədlər və məlumatlarla Beynəlxalq Cinayətlər Məhkəməsində müsbət nəticələr əldə etməkdir. Bundan əl çəkməyəcəyik, izləyəcəyik. Bu soyqırımında əli olan bütün İsrail liderlərinin mühakimə olunaraq cəzalandırılmasını istəyirik. Dünya bunu etməyə borcludur.

Haaqa önəmlidir. Bunun xaricində atdığımız addımlarla İnşallah nəfəslərini kəsdirəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər