15 Yanvar 11:15
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Ukraynanın müraciətinə baxmayaraq, istismardan çıxarılan MRH-90 “Taipan” helikopterlərini məhv etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Vertolyotlar təhlükəsizliklə əlaqədar olaraq, ötən ilin sentyabrında - vaxtından 14 ay əvvəl istismardan çıxarılıb. “Taipan” 2023-cü ilin iyulunda Avstraliyada ABŞ ilə birgə təlim zamanı qəzaya uğrayıb. Hadisədə 4 avstraliyalı hərbçi həlak olub.

“Helikopterlə bağlı sənədləşdirilmiş təhlükəsizlik və əməliyyat problemlərinə baxmayaraq, Ukrayna ötən ilin dekabrında MRH-90 üçün rəsmi sorğu təqdim edib”, - kanal bildirir.

Bu qərar vertolyotları istəyən Ukraynada etiraz yaradıb.

“Biz riskləri fərqli qiymətləndiririk, çünki müharibə vəziyyətindəyik”, - Sidneydə etiraz aksiyası təşkil edən ukraynalı fəal Anton Boqdanoviç deyib.

Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko ümid etdiyini bildirib ki, hələ də fürsət var, çünki hələlik Kiyev cavab almayıb.

Kanal vurğulayır ki, heç bir ölkə və ya digər tərəf bütün helikopterə maraq göstərmədiyi üçün məhv edilmə prosesi artıq başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər