9 Fevral 22:27
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu gün ərzində öz mövqelərini müdafiə etmək üçün lazım olan sursatın yalnız üçdə birini atmağa məcburdur. Bu, ABŞ-nin yardımı dayandırmasının və Avropa Birliyinin (AB) sursatla bağlı öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.

Britaniya nəşrinə danışan Qərb rəsmiləri xəbərdarlıq edir ki, yaxın aylarda Ukraynanın döyüş qüvvəsi silah çatışmazlığı səbəbindən azalacaq. Əvəzində Rusiya cəbhədə, xüsusən Avdiv şəhəri istiqamətində istədiyi nəticəni əldə etmək üçün bu fürsətdən yararlanır. Hazırda Rusiya qüvvələrinin daxil olduğu şəhərdə küçə döyüşlərinin getdiyi bildirilir.

“Sursat çatışmazlığı ukraynalılar üçün cəbhə xəttində çıxılmaz vəziyyət yaradıb, durum onların etiraf etdiklərindən də pisdir”, - NATO rəsmisi nəşrə deyib.

Avropalı diplomat da hesab edir ki, Ukrayna ordusu üçün hətta öz mövqelərini saxlamaq belə çətin olacaq.

“Avropalılar üçün ABŞ-ni əvəzləmək asan olmayacaq. Bu, real deyil”, - başqa bir avropalı diplomat da vəziyyəti silah təchizatı ilə izah edib.

Hərbi analitik Rob Li bildirib ki, Kiyev hazırda iki ciddi problemlə üzləşib: sursat və piyada çatışmazlığı:

“Bu iki problem düzgün həll olunmasa, Ukrayna üçün vəziyyət bir o qədər pisləşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər