23 Mart 23:42
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya "Crocus City Hall"da terror aktının təşkilatçılarını tanıya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Riqadakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Diplomatik nümayəndəlik qeyd edib ki, Latviya hakimiyyəti hələ də terror aktını pisləməyib və həlak olanların ailələrinə başsağlığı verməyib.

“Bütün bunlar onu deməyə əsas verir ki, Riqa bu qanlı qətliamın arxasında kimin dayandığını yaxşı bilir və ölkəmizin mülki əhalisinə qarşı terroru bəyənir”, - səfirlik qeyd edib.

Bundan əvvəl məlum olub ki, Latviya polisi vətəndaşlara Rusiya səfirliyinin binasına gül gətirməyi qadağan edir.

Martın 22-də Moskva yaxınlığında "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova