11 Sentyabr 18:18
5 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin baş nazirinin Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətinə yenidən baxılması ilə bağlı bəyanatlarına etinasız yanaşır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır:

“30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyur. Onların mövcudluğuna olan tələbatı xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla dəfələrlə təsdiqləyiblər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər