Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynaya 100 illik dəstək vəd edib.
Teleqraf.com xəbər verir ki, Lemmi bu barədə ABŞ və Ukraynadan olan həmkarları ilə görüşdən sonra Kiyevdə keçirilən mətbuat konfransında danışıb.
Britaniya rəsmisi qeyd edib ki, tərəflər sanksiya, humanitar ehtiyaclar və enerji məsələlərini müzakirə ediblər. “Güclü ittifaqlar və onların öhdəlikləri ilə bağlı çoxlu mövzular danışıldı. Böyük Britaniyanın Ukrayna qarşısında öhdəliyi təkcə bu qış üçün deyil. Biz 100 illik tərəfdaşlıqdan danışırıq, çünki biz Ukraynanı uzun müddətli dəstəkləyirik”.