9 Noyabr 15:29
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malinin şimalındakı terrorçular Ukrayna ilə əməkdaşlıq etdiklərini təsdiqləyiblər və bu, çox ciddi narahatlıq doğurur.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Malinin xarici işlər naziri Abdulaye Diop açıqlama verib.

Nazir bu yaxınlarda terrorçu qurupların Ukrayna ilə əməkdaşlıq etdiklərini qarşı tərəfin özlərinin də təsdiqlədiyini söyləyib.

“BMT üzvünün terrorçu qruplarla əməkdaşlıq etdiyini açıq şəkildə bəyan edə bilməsi bizi təəccübləndirdi”, - deyən xarici işlər naziri əlavə edib ki, Ukrayna özünün təcavüzə məruz qaldığını iddia etsə də, Maliyə zərər vermək niyyətindədir: "Ukraynaya qarşı heç vaxt düşmənçilik nümayiş etdirməyən ölkəmizdə bu dövlət sabitliyi pozmaq üçün müəyyən qruplara dəstək verir və bunu rəsmi şəkildə bəyan edir".

Malili nazir bunun tamamilə qəbuledilməz olduğunu vurğulayıb. O, buna görə Burkina Faso və Nigerlə birlikdə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini söyləyib.


Müəllif: Mahir

Oxşar xəbərlər