ABŞ prezidenti Co Bayden və onun varisi Donald Tramp arasında görüş noyabrın 13-ü baş tutacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Məlumata görə, görüş hazırkı dövlət başçısının təşəbbüsü ilə Oval kabinetdə baş tutacaq. Ağ Evin mətbuat xidməti görüşün təfərrüatları barədə məlumat verməyib.